Bu gün Bakının 551 küçəsi yuyulub

Mayın 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda növbəti dəfə aparılan təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyulması təmin edilib və genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.