Azərbaycanda yeni telekanalın yaradılmasını təklif edilir

“Mən belə düşünürəm ki, Azərbaycanda Ailə mədəniyyəti telekanalı olmalıdır. Ailə və cəmiyyətin maarifləndirilməsi üçün bu vacibdir”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.
“Azərbaycan ailəsinin gözəl ənənələrini niyə biz televiziyalarda görməyək? Niyə bunun haqqında danışmayaq? Niyə gələcək nəsillərimizə bunu ənənə ilə çatdırmayaq? Əslində, Azərbaycanda daha çox buna fikir verməliyik. Buna görə də, mən belə düşünürəm ki, Ailə mədəniyyəti kanalı olmalıdır və ailə problemləri ilə bağlı müzakirələr həmin telekanalda aparılmalıdır”.//Xezerxeber.az x