Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidinin nəşinin qalıqları dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhidin nəşinin qalıqları dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, İtkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğludur.

 
Onun nəşinin qalıqları sabah saat 14.00-da Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.