Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirilib

Tanınmış uşaq yazıçısı, AYB və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı,
Prezident təqaüdçüsü, Gülzar İbrahimova Gəncə-Daşkəsən Regional
Mədəniyyət İdarəsinin kitabxanalarının oxucuları ilə görüşüb. Görüşlər
Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilib.
Goranboy rayon Mədəniyyət Mərkəzinin foyesində Gülzar
İbrahimovanın kitablarından ibarət “Uşaq yazıçısı Gülzar İbrahimovanın
yaradıcılığı” adlı sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə Gülzar xanım açaraq tədbir iştirakçılarını salamladı
və göstərilən diqqətə görə təşəkkürünü bildirdi.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş məktəblilər arasında “Nəsillərə örnək şəxsiyyət” adlı inşa
müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim olundu.
Məktəblilərin, fəal oxucuların ifasında Gülzar İbrahimovanın “Oğul dedi
mənə Vətən”, “Sülh nəğməsi” , “Gülzar nənə, nağıl danış”, “Türkiyə
Azərbaycan”, “Yay” şeirləri”, “Azərbaycan dilimdir”, “Sağ ol, ey Vətən”,
“Bağçamız”, “Gizlənpaç” mahnıları səsləndirildi. Fəal oxuculardan ibarət teatr
qrupu “Mən zəfərlə qayıtdım, ana” adlı pyes səhnələşdirildi.
Aparıcının ifasında “Ağlamaq yaraşmır Azərbaycana!” şeiri səsləndirildi.
Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 1 No-li
məktəb-liseyin, Sərhəddin Əliyev adına 2 No-li məktəbin, Qarayeri qəsəbə 2
No-li məktəbin, Burunqovaq kənd tam orta məktəbin, Sarıqaya kənd tam orta
məktəbin, Qiyaslı kənd tam orta məktəbin, Hacıalılı, Qovlarsarı, Qarabağlar,
Sərkar kənd tam orta məktəbin, Ziyadlı kənd tam orta məktəbin müəllim və
şagirdləri, 6 No-li Körpələr evi-uşaq bağçasının körpə fidanları, valideynlər,
fəal oxucular və kitabxana əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Gülzar İbrahimova açaraq tədbir iştirakçılarını
salamladı və göstərilən diqqətə görə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Gülzar İbrahimovanın şeirləri,
mahnıları, kitabları uşaqlar tərəfindən sevilərək oxunur və qeyd etdilər ki,
yazıçının kitablarına tələbat və maraq var.
Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində keçirilən görüşdə
M.Əzizbəyov adına 15 No-li, N.Nərimanov adına 25 No-li, 26 No-li, Fizika-
riyaziyyat və informatika təmayüllü məktəbin, 4 No-li uşaq evinin və Happy-
Kids Uşaq Tədris İnkişaf Mərkəzinin müəllim və şagirdləri, kitabxananın
əməkdaşları, valideynlər iştirak etdilər.
Yazıçı bütün iştirakçıları salamlayaraq, onlara xoş arzularını bildirdi.
Tədbirdə yazıçıya həsr olunmuş “Uşaq ədəbiyyatının gür çeşməsi – Gülzar
İbrahimova” adlı videoçarx nümayiş olundu. Məktəblilərin ifasında müəllifin
bayrağa, Vətənə, anaya, sülhə həsr olunmuş şeirləri səsləndi. “Mən Zəfərlə  
qayıtdım” pyesindən səhnə, “Anamın portreti” mənsur şeirdindən
kompozisiya, “Ayı və dovşan” nağılından səhnəcik tədbiri rəngarəng etdi.
Yazıçı uşaqlara yeni şeirlərini söylədi və onların verdiyi sualları cavablandırdı.
Sonda yazıçının kitablarından ibarət sərgiyə baxış keçirildi və yazıçı uşaqlara
hədiyyələr təqdim etdi.
Göygöl rayon Heydər Əliyev Mərkəzinin girişində yazıçının
kitablarından ibarət sərgiyə baxış keçirildi.
Tədbiri Göygöl rayon icra hakimiyyəti başçısının müavini Kəmalə
İbrahimova açaraq, qonaqları salamladı. Tədbirdə Aşıq Şəmşir adına Uşaq
Musiqi Məktəbinin və Xaqani kənd Musiqi Məktəbinin şagirdləri yazıçının
sözlərinə bəstələnmiş mahnılar oxudular, şəhər 4 No-li orta məktəbin, TTT
liseyin, Yeni Qızılca kənd orta məktəbinin şagirdləri yazıçının təqdim etdiyi
krossvordlar işlədilər, şeirlər söylədilər və səhnəcik göstərdilər. 4 No-li orta
məktəbin şagirdləri Gülzar xanımın nağıllarına həsr olunmuş rəsm albomunu
yazıçıya təqdim etdilər.
Tədbirlərdə G.İbrahimovaya həsr olunmuş videoçarxlar nümayiş olundu,
viktorinalar və öyrədici krossvordlar keçirildi, yazıçı tərəfindən qaliblərə
diplom, hədiyyə və suvenirlər təqdim edildi.
Görüşlərdə şagirdlər, valideynlər, fəal oxucular, mədəniyyət işçiləri,
ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.