Seyid Əzim Şirvaninin 190 illik yubileyinə  həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarx hazırlandı.

 Videoçarx XIX əsr Azərbaycan şairi, pedaqoq, maarifçi və tərcüməçi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanıb.

Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər bu məktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.

Seyid Əzim Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinə də uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, satirik şeir və təmsillərində insanları maarifə və mədəniyyətə çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli, F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət veriblər.

Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bölmə var.

Videoçarxda şairin bir neçə qəzəlləri və qəzəlinə yazılmış mahnı  səsləndirilir.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=2s