Oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən şəxs rayonun Q. Qarayev prospektində yerləşən evdən 30 min dollar və 12 min manat oğurlanması barədə polisə məlumat verib. Nizami Rayon Polis İdarəsi 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25 min manat və 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ. Çurin müəyyən edilərək saxlanılıb.
Abşeron rayonunda isə mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R. Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.