Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.
Söhbət Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov və Böyükşor küçəsinin kəsişməsindən gedir.
Aidiyyəti qurumlar həmin ərazidə nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə monitorinqlər aparıblar.
Artıq iki gündür ki, həmin ərazidə hərəkət işıqforla tənzimlənir. Sürücülər isə deyirlər ki, həmin işıqforlar sıxlığın qarşısını almaqda bir o qədər də effektli olmayacaq.
Sürücülərin dediyi kimi, ərazidə hərəkət işıqforla tənzimləndikdən sonra hər iki istıqamətdə Ziya Bünyadov prospektinin köməkçi yolunda sıxlıq yaranıb. Bunun üçün aidiyyəti qurumlar hansı tədbirlər görəcəklər?
Xatırladaq ki, ''2025-2030-cu illər Dövlət Proqramı''na əsasən Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub ki, hazırda da bununla bağlı layihələndirilmə işləri aparılır.