Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.
Hərracada Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan "Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağı (3,5 ha) ) istifadəyə verilib.