Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb

Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Yerveinsan.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1 dərəcədən 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 4 dərəcədən 7 dərəcəyədək, dağlarda gecə - 5 dərəcədən - 10 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15 dərəcəyədək şaxta, gündüz 0 dərəcədən -5 dərəcəyədək şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.