Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 23-də Azərbaycanın avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Bildirilib ki, fevralın 23-də gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.