Salyanda FHN əməkdaşlarını maşın vurub, ölən var
Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə saat 06 radələrində baş verib.
Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşı köməyə gəlib. Bu zaman yük avtomobili onları vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.
Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

