Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alan FHN əməkdaşının vəziyyəti açıqlandı
Bakı-Astara magistral yolunda baş verən hadisə zamanı yaralanan yanğınsöndürənin vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, yanan yük avtomobilini söndürməyə gedən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri- 42 yaşlı Hakim Piriyev həlak olmuş, digər əməkdaş isə xəstəxanaya çatdırılmışdı.

