AAK statistik göstəriciləri açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin birinci yarısında fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi və verilməsindən imtina hallarına dair statistik göstəriciləri açıqlayıb.
AAK-dan bildirilib ki, 19 elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçılara müvafiq diplomlar təqdim edilib.
Riyaziyyat və astronomiya elmləri üzrə 6, fizika üzrə 13, kimya üzrə 13, biologiya üzrə 18, aqrar elmlər üzrə 6, yer elmləri üzrə 7, texnika elmləri üzrə 27, iqtisad elmləri üzrə 46, hüquq üzrə 19, tarix üzrə 53, fəlsəfə üzrə 8, filologiya üzrə 29, pedaqogika üzrə 22, psixologiya üzrə 9, sosiologiya üzrə 7, sənətşünaslıq üzrə 6, politologiya üzrə 1, nəşriyyat işi üzrə 1, milli təhlükəsizlik və hərb elmləri üzrə isə 3 iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Bununla yanaşı, riyaziyyat və astronomiya elmləri üzrə 2, fizika üzrə 6, kimya üzrə 5, biologiya üzrə 4, aqrar elmlər üzrə 3, yer elmləri üzrə 4, texnika elmləri üzrə 7, iqtisad elmləri üzrə 16, hüquq üzrə 7, tarix üzrə 23, fəlsəfə üzrə 5, filologiya üzrə 14, pedaqogika üzrə 12, psixologiya üzrə 5, sosiologiya üzrə 3, sənətşünaslıq üzrə 2, politologiya üzrə 1, nəşriyyat işi üzrə 1, milli təhlükəsizlik və hərb elmləri üzrə isə 1 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.