Müəllimlərin sertifikatlaşdırma üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat onların şəxsi kabinetlərə göndərilib.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.