Qanunsuz balıq ovunun qarşısı alındı

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın 3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.
Nazirlikdən verilən məlumnata görə, reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan Vüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarov müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.