Narkotik vasitələrin daşınmasına qarşı əməliyyat-axtarış tədbirləri gücləndiriləcək
                        Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri və profilaktik tədbirlər gücləndiriləcək.
Bu məsələ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
