Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək

Metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında daha bir stansiya inşa ediləcək və artıq qırmızı xəttə keçid olacaq.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“”Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan "Sahil" stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”, - deyə B.Məmmədov əlavə edib.