AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi davam edir - Baş prokuror

Ötən ilin dekabr ayında AZAL-ın təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı hazırda cinayət işi davam edir.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir:

"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".