Astara şəhərinin Baş planı təsdiqləndi

“Astara şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi əsasında qəbul olunub. Sənədin təsdiqi Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsi və şəhərsalma ilə bağlı müvafiq qanunvericilik aktlarına uyğun şəkildə həyata keçirilib.

Qeyd edək ki, Baş plan Astara şəhərinin uzunmüddətli inkişafını, infrastrukturun yenilənməsini və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.