Yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Ehtiyar Şirinov tərəfindən törədildiyi məlum olub.
"Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb",- deyə əlavə edilib.