DİN: Ötən gün 23,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 8-də ümumi çəkisi 23,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Həmçinin qeyd edilib ki, oktyabrın 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 1 patron darağı və müxtəlif çaplı 103 ədəd patron da aşkar edilərək götürülüb.