Fövqəladə hallar naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də saat 10:00-da Salyan şəhərində, nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən bildirilib. Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 10-u tarixində nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14 e-mail: [email protected]