Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.