DİN: 53 cinayətin açılması təmin edilib

Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən mlumata görə, həmçinin həmin gün axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 5 tüfəng və 3 ədəd patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.