Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.

Bu barədə"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan qaldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.