Professor Seyfəddin Rzasoy Prezidentə təşəkkür etdi


AMEA-nın 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bir qrup alim Azərbaycan elminin inkişafında xidmətlərinə görə medalla təltif edilib.

Bu alimlərin sırasında Azərbaycanın görkəmli folklorşünas alimi tanınmış professor Seyfəddin Rzasoyda var. Professor Seyfəddin Rzasoy təltiflə bağlı Prezidentə təşəkkür məktubu yollayıb. Məktubu olduğu kimi Sizə təqdim edirik.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə TƏŞƏKKÜR məktubu

 

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə TƏŞƏKKÜR məktubu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Sizin Azərbaycan dövləti və dövlətçiliyi naminə gördüyünüz işlər xalqımız tərəfindən yüksək şəkildə qiymətləndirilir və dəstəklənir.

44 günlük Vətən savaşı milli yaddaşımıza yalnız həmin müharibədə qazanılmış qələbə kimi yox, Azərbaycan xalqının bütün tarixinin möhtəşəm zəfəri kimi yazıldı. Qələbənin qazanılmasında Sizin bir ali baş komandan kimi müstəsna rolunuz oldu. Xalqımız qələbəyə görə bütün tarix boyunca Sizə minnətdar olacaq və gələcək nəsillər bunu minnətdarlıq hissi ilə xatırlayacaqlar. Hər bir zəfər birlikdə əldə olunur. Siz 44 günlük savaşda xalqımızı qələbəyə inandırdınız və buna nail oldunuz. Sizin rəhbərliyiniz və komandanlığınız altında Azərbaycan xalqının ən müqəddəs arzusu – torpaqlarımızın düşmən işğalından azad olması həyata keçdi.

İnanıram ki, Siz Azərbaycan cəmiyyətinin ali ideallar uğrunda konsolidasiya olunması işini uğurla davam etdirəcək və dövlətimizin nüfuzunu dünya siyasi səhnəsində daha ali səviyyələrə qaldıracaqsınız.

Cənab Prezident, Siz Ulu Öndər Heydər Əlyevin elm adamlarına yönəlik siyasətini uğurla davam etdirirsiniz. Elmin inkişafı dövlətin inkişafının mühüm tərkib hissəsidir və Siz bu çətin və mürəkkəb şəraitdə elm siyasətini müvəffəqiyyətlə həyata keçirirsiniz. Bir Azərbaycan vətəndaşı kimi ölkəmizin müstəqilliyi ilə fəxr edir, onun qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda ölkə daxili və xaricində apardığınız mürəkkəb siyasəti görür və dəstəkləyirəm.

Bir elm adamı kimi isə Azərbaycan elminin inkişafı naminə atdığınız hər bir addımı yüksək şəkildə qiymətləndirir və əməyimizə verdiyiniz qiyməti elm adamlarına göstərdiyiniz diqqətin ifadəsi hesab edirəm.

Məni elm sahəsində göstərdiyim fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirir və bundan sonra da ölkəmizin tərəqqəsi naminə çalışmaq əzmimi böyük məsuliyyət hissi ilə ifadə edirəm".

 

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

Seyfəddin Gülverdi oğlu Rzasoy