Bu hərbi texnikalar da paradda ilk dəfə nümayiş etdirilib

Silahlanmaya yeni qəbul edilmiş “Hero - 120” sərbəst uçan döyüş sursatları ilk dəfə Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

Həmçinin silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "Vaşaq" xüsusi əməliyyat nəqliyyat vasitələri, "Kobra 2" zirehli tibbi təxliyyə avtomobilləri ilk dəfə nümayiş etdirilib.

 Qeyd edək ki, Vətən Müharibəsindəki qələbəylə bağlı ilk hərbi parad 2020-ci ildə keçirilib. 2023-cü ildə keçirilən hərbi parad Xankəndidə baş tutub.