Fövqəladə hallar nazirinin Zərdabda vətəndaşlarla görüşünün vaxtı dəyişib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən noyabrın 14-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumatın veriləcəyi bildirilib.