Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Məlumata əsasən, noyabrın 17-də bəzi yerlərdə dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.