Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb
Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10 dərəcədən 14 dərəcəyədək, gündüz 17 dərəcədən 22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7 dərəcədən 11 dərəcəyədək, gündüz 17 dərəcədən 21 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.

