Kamran Əsədov test imtahanlarına müdaxilədə İTTİHAM EDİLİR - VİDEO

Bu il keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxiliş imtahanlarında iştirak edən şəxslərə qaydalara zidd olaraq köməklik göstərilməsinə dair başlanmiş cinayət işi ilə bağlı Gəncə Şəhər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.

İbtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Abbasov qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, digər şəxslə cinayət əlaqəsinə girməklə texniki vasitələri 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsasli şübhələr müəyyən edilib.

Hər iki şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra gəncə və Bakıda Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət edərək müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul alıb aralarında bölüblər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, digər şəxs barəsində isə başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbirləri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.