ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun dekabrın 19-da Masallı rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 25 dekabr tarixinə dəyişdirilib.

Bu barədə ADSEA-dan bildirilib.

Qeyd edək ki, vətəndaş görüşü Masallı rayonunda Masallı və Yardımlı rayonlarının sakinləri üçün nəzərdə tutulub.