Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 8 - 12 dekabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 1732 m3 həcmində oduncaq tədarük olunub.

