Ağdam, Xocalı və Xocavənd rayonlarına köç karvanları yola salınıb

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti köçü olub.

Doğma yurduna qayıdanlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailənin (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailənin (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.