Deputat Azay Quliyev bu vəzifəsindən uzaqlaşdırıldı
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Yerveinsan.az bildirir ki, Metbuat.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü".
Qeyd edək ki, indiyə kimi QHT Agentliyi Müşahidə Şurasına sədrlik edən Milli Məclisin deputatı Azay Quliyev sərəncamdan kənarda qalıb. Belə ki, o, Müşahidə Şurasının yeni tərkibinə daxil edilməyib. Dövlət başçısının müvafiq Sərəncamından sonra Azay Quliyev faktiki olaraq vəzifəsindən uzaqlaşdırılmış oldu.

