Aydın Kərimov: İrəlidə həmrəyliyə, birliyə, qardaşlığa daha çox ehtiyacımız olacaq
Bu gün - 31 dekabr Böyük Azərbaycanımızı ikiyə bölmüş mənfur sərhəd dirəklərinin söküldüyü gün rəsmi olaraq Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.
Həmrəylik hamının eyni rəydə, fikirdə, düşüncədə, ideyada olması deyil, hər kəsin milli-mənəvi dəyərlər sisteminə, bütöv Vətən anlayışına bağlılığını ifadə edir. Bu, ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların, milli azlıqların bu dövlətdə azad, xoşbəxt, təhlükəsiz yaşaması idealıdır. Eləcə də, bu, dünyanın harasında yaşamasından asılı olmayaraq Böyük Azərbaycanı özünə Vətən qəbul edən insanların ümumi dəyərləri bölüşməsi, ona bağlılığı çağrışıdir. Həmrəylik günü həyata keçməmiş arzuların, tamamlanmamış milli idealın bayramıdır. Ötən ilin bitdiyi, yeni təqvim ilinin başladığı gün sevinin, şənlənin və bilin ki, irəlidə dünyanın sərt çağrışlarına qarşı dura bilmək üçün həmrəyliyə, birliyə, qardaşlığa daha çox ehtiyacımız olacaq. Bayramınız mübarək!
Aydın Kərimov

