Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yanvarın 22-də Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin gün vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar yanvarın 9-13-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.