Ombudsman Aparatının əməkdaşları ölkəyə repatriasiya edilmiş şəxslərin vəziyyəti ilə maraqlanıblar

Yanvarın 12-də Azərbaycanın daha 5 nəfər vətəndaşının (ana və 4 övladı) Suriyadan ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, qurumun əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşüblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib. Onlar, həmçinin ombudsmanın mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə insan hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumatlandırılıblar.