ADY: Yanvarın 20-də qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək

Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

Bu barədə  "Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

Xatırladaq ki, 21 yanvar tarixindən etibarən qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.

Qeyd edək ki, yeni qrafikə əsasən Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspreslər Bakıxanovda da dayanacaq, Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Məlumata görə, şənbə və bazar günləri cədvəl dəyişməz qalır.

Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli