Ağsu dolaylarında nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir

Hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.

“Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”,- deyə məlumatda vurğulanıb.