Azərbaycan əhalisinin sayı açıqlanıb

Ötən ilin əvvəlindən dekabrın 1-dək ölkə əhalisinin sayı 34 min 812 nəfər və ya 0,3 faiz artaraq, 10 milyon 259 min 701 nəfərə çatıb.

Yerveinsan.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il yanvarın 1-dək 26 min 14 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 min 514 nəfər təşkil edib.