İxrac edilən neft və xam neft məhsullarının dəyəri 12 milyard 91,1 milyon dollar olub
2025-ci ildə Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 0,91 faiz azalaraq 23 milyon 381,2 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 16,3 faiz azalaraq 12 milyard 91,1 milyon dollar olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ildə ölkədən 23 milyon 596,1 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 14 milyard 437,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən il ərzində neft bitumu ixracı isə 3,7 dəfə artaraq 4 min 360 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 1 milyon 137 min dollar olub.
2024-cü ildə isə ölkədən 1 milyon 191,09 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 220,35 milyon dollar olub.

