Köç karvanı Xankəndi şəhərinə çatıb

Yanvarın 21-də doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinə çatıb. Bu mərhələdə Xankəndi şəhərinə köçürülən 162 nəfərdən ibarət 36 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.