Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir.

Bu barədə Hollandiyanın ING Qrupunun hesabatında deyilir.

"Xarici siyasətin davam edən normallaşması, o cümlədən Azərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazar əhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçün makroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitin yaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiya dinamikası üçün əlverişli şərait yaradır", - hesabatda qeyd edilir.

Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.

 18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərib.

Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.//Trend