Bərdədə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Fevralın 2-də Bərdə Rayon Mədəniyyət Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində Samirə Xəlilovanın aparıcılığı ilə “Qarabağ” və “Zəfər” komandaları arasında viktorina yarışı keçirilib. Yarış zamanı komandalara müxtəlif suallar ünvanlanıb, iştirakçıların bilik səviyyəsi yoxlanılıb. Tədbirdə AranTV.az-ın direktoru Rafiq Hüseynov, Media1.az-ın redaktoru Musa Muradlı və mədəniyyət işçiləri çıxış ediblər. Çıxışlarda 2 fevral tarixinin 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla Gənclər Günü kimi təsis olunduğu diqqətə çatdırılıb, gənclərə uğurlar arzulanıb. Tədbir müğənni Alim Qurbanovun musiqi ifaları ilə davam etdirilib.
Musa Muradlı
Arantv.az

