Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-da Milli Məclisin üzvləri, Milli Məclis Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.

Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.