Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
25 yeni peşə və ixtisas aktual peşələr siyahısına əlavə ediləcək... Bu, "Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb...
Əmək bazarının tələblərinə uyğun peşələrin müəyyənləşdirilməsi istiqamətində işlər görürlür. Yaşıl iqtisadiyyat və texnoloji inkişafla bağlı peşələrin siyahısı genişləndirilir.
Qeyd olunur ki, peşə hazırlığı proqramlarının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması məqsədilə ixtisas təsnifatının yenilənməsi istiqamətində təhlillər aparılıb. Əldə edilən nəticələr əsasında müvafiq təkliflər hazırlanıb. Ekspertlər bildirirlər ki, həmin ixtsisasların gələcək perspektivləri çoxdur:
Hazırda yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni ixtisasın mövcud 175 aktual peşə və ixtisasın siyahısına əlavə edilməsi üzrə müvafiq işlər davam etdirilir.
Ekspert deyir ki, həmin ixtisas və peşələr dünya bazarında da inkifaş edib və kifayət qədər zərurət yaranıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

