Bəzi yollarda yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qurumun məlumatına görə, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində də yığılan yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb.

