Ədliyyə naziri Şəmkirdə vətəndaşlarla görüşəcək

Ədliyyə naziri Fərid Əhmədov cari il mayın 1-də Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinləri ilə görüşəcək.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı aprelin 30-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə idarəsinə (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (+994 12) 510 10 01 (daxili nömrə: 17815, 17836) müraciət edərək qəbula yazıla bilərlər.

Bildirilib ki, həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.