Azərbaycanda heyvan sığınacaqlarına dair yeni qaydalar tətbiq edilib

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.

Yerveinsan.az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, sığınacaq fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və ya mexaniki havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı ilə təmin edilməlidir.

Qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış baytarlıq preparatlarının saxlanıldığı otaq və ya bölmədə narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya dəmir qıfıllı dolablar olmalıdır.

İtlər və pişiklər eyni otaq və ya bölmədə yerləşdirilərsə, həmin heyvanların bir-birini görməsinin qarşısını almaq məqsədilə arakəsmə dizayn edilməlidir.

 Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə təchiz edilməlidir.

Heyvanların sığınacağı tərk etməsinin qarşısını almaq və etoloji ehtiyaclarını qarşılamaq üçün tədbirlər görülməlidir.

Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı gözlənilməlidir.